Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti ilə bağlı açıqlama

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti ilə bağlı açıqlama

Tarix: 6 Avqust 2021 16:22

Avqustun 6-da işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib.

Bu barədə Sonxeber.net-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Qeyd edilib ki, onun baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.


Etiketlər:  Minaya düşən ANAMA əməkdaşının vəziyyəti ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ