Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanunsuz ov edənlər cəzalandırıldılar

Qanunsuz ov edənlər cəzalandırıldılar

Tarix: 6 Avqust 2021 17:38

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətləri Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  Qanunsuz ov edənlər cəzalandırıldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ