Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin 5 vilayətində 13 yerdə yanğınlar davam edir

Türkiyənin 5 vilayətində 13 yerdə yanğınlar davam edir

Tarix: 7 Avqust 2021 12:58

Türkiyədə son 10 gündə 47 vilayətdə 209 yanğın nəzarətə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yanğınların son vəziyyətilə bağlı paylaşdığı məlumatda bildirib.

Nazir Muğlada 8 yerdə (Marmaris və Milas rayonlarının hər birində iki yanğın, Kavaklıdere, Yılanlı, Seyidkemer və Yatağanda bi yanğın), Aydında 2 yerdə (Karacasu, Bozdoğan), İspartada (Sütçüler), Karabürkdə (Mərkəz) və Burdurda (Gölhisar) hər birində bir yanğın olmaqla, ümumilikdə 13 yerdə yanğınların söndürülməsi və qarşısının alınması üçün mübarizənin davam etdirildiyini bildirib.

Milli.Az


Etiketlər:  Türkiyənin vilayətində yerdə yanğınlar davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ