Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Dünya Kubokunun ''qızılı''nı gürzlərlə hərəkətdə Dina Averina qazandı

Bakıda Dünya Kubokunun ''qızılı''nı gürzlərlə hərəkətdə Dina Averina qazandı

Tarix: 28 Aprel 2019 14:08

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə hərəkətdə 22.500 xalla birinci yeri rusiyalı gimnast Dina Averina qazanıb.

Trend-in məlumatına görə, ikinci yerdə Arina Averina (Rusiya, 22.300), üçüncü yerdə Vlada Nikolçenko (Ukrayna, 21.400) qərarlaşıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Dünya Kubokunun qızılını gürzlərlə hərəkətdə Dina Averina qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ