Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taxt Oyunları''ndan sonra psixoloji müalicə alıb

''Taxt Oyunları''ndan sonra psixoloji müalicə alıb

Tarix: 8 Avqust 2021 14:38

"Taxt Oyunları" ("Game of Thrones") serialında "Con Snou" xarakteri ilə məşhurlaşan aktyor Kit Harinqton yaşadığı zehni problemlərə görə müalicə aldığını açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor sonuncu müsahibəsində 2019-cu ilin mayında reabilitasiyaya başlamasının səbəbinin sözügedən serial olduğunu təsdiqləyib:

"Taxt Oyunları"ndan sonra psixoloji problemlər yaşadım. Düşünürəm ki, bu, layihə və illərdir gördüyüm işlərlə birbaşa əlaqəli idi. Həmişə təzyiq altında yaşaya bilməzsən".

Kit insanların "Con Snou"ya olan marağı və serialın bitməsi səbəbindən küçəyə çıxmağa qorxduğunu da vurğulayıb.

Qeyd edək ki, aktyor final səhnələrinin çəkilişində sinir krizi keçirib.


Etiketlər:  Taxt Oyunlarından sonra psixoloji müalicə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ