Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda daha iki əyalət mərkəzi “Taliban”ın nəzarətinə keçir

Əfqanıstanda daha iki əyalət mərkəzi “Taliban”ın nəzarətinə keçir

Tarix: 8 Avqust 2021 15:04

"Taliban" Hərəkatı Əfqanıstanda daha iki əylaət mərkəzinin nəzarətinə keçdiyini bəyan edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, "France-Presse" agentliyi və "Alman dalğası" Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinin eyniadlı mərkəzinin "Taliban" Hərəkatının nəzarətinə keçdiyini təsdiqləyən məlumat yayıblar.

Rəsmi Kabil isə xüsusi təyinatlılar tərəfindən Qunduz şəhərinin "Taliban" silahlılarından təmizlənməsi əməliyyatı aparıldığını açıqlayıb.

"Taliban" Hərəkatının mətbuat katibi Zaibulla Mocahid isə Qunduzla bərabər, eyniadlı vilayətin mərkəzi Sari-Pul şəhərinin də nəzarətlərinə keçdiyini bildirib. "France-Presse" agentliyi isə bu şəhər uğrunda silahlılarla ordu birlikləri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumat yayıb.


Etiketlər:  Əfqanıstanda daha əyalət mərkəzi Talibanın nəzarətinə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ