Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın State Street bankı kriptovalyuta xidməti təqdim edəcək

ABŞ-ın State Street bankı kriptovalyuta xidməti təqdim edəcək

Tarix: 8 Avqust 2021 21:12

ABŞ-ın ən qədim banklarından olan State Street individual müştəriləri üçün kriptovalyuta xidmətləri göstərən servis təqdim edəcək. Bankın məlumat və proqram təminatçısı kimi rəqəqmsal aktivlər üzrə ixtisaslaşan Lukka şirkəti çıxış edəcək. State Street kriptovalyuta sektorunda fəaliyyətini genişləndirmək və GlobalLink platformasını rəqəmsal ticarət istiqaməti üzrə modernləşdirmək niyyətindədir. 42.6 milyard dollarlıq aktivləri olan State Street 2020-ci ilin iyun ayında kriptovalyutalarla iş üzrə departamenti yaratmışdı. Bu departamentin əsas vəzifəsi blockchain texnologiyası, rəqəmsal aktivlər, mərkəzi banklarının rəqəmsal valyutaları və aktivlərin tokenizasiyasını öyrənməkdir.

State Street 2019-cu ildə Gemini kriptovalyuta birjası ilə birlikdə kriptovalyutalar üçün vergi hesabatları hazırlamaq üçün pilot layihəyə (Gemini Custody) start vermişdi.


Etiketlər:  ABŞ State Street bankı kriptovalyuta xidməti təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ