Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksika sularında təqribən 200 milyon barrel neft ehtiyatı olan yataq aşkarlanıb

Meksika sularında təqribən 200 milyon barrel neft ehtiyatı olan yataq aşkarlanıb

Tarix: 8 Avqust 2021 23:46

İtaliyanın "ENI" neft şirkəti Meksika şelfində yerləşən 10-cu Blokdakı "Sayulita" quyusunda kəşfiyyat qazıntısından sonra yeni yataq aşkarlandığını bildirib. İlkin dəyərləndirmələrə görə yatağın ehtiyatları 150-200 milyon barrel neft təşkil edə bilər.

"ENI" şirkətinin məlumatına görə, yataqda gündəlik istehsal gücü təqribən 3 min barrel olan yaxşı keyfiyyətə malik 55 metrlik neft təbəqəsi mövcuddur. Bu, İtaliya şirkəti tərəfindən təxminən sahilboyundan 70 kilometr aralıda, Kuenka-Salina rayonunda uğurla qazılan yeddinci quyudur. Quyu 325 metr dərinlikdə qazılıb, ümumi dərinlik isə 1758 metr təşkil edir. "ENI"nin 10-cu Bloku Rusiyanın "LUKoyl" və Böyük Britaniyanın "Cairn Energy" şirkətlərinə məxsusdur.

Milli.Az


Etiketlər:  Meksika sularında təqribən 200 milyon barrel neft ehtiyatı olan yataq aşkarlanıb


RƏYLƏR