Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yalnız bu halda koronavirusdan qoruna billərsiniz” - ÜST

“Yalnız bu halda koronavirusdan qoruna billərsiniz” - ÜST

Tarix: 9 Avqust 2021 09:16

"Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.

M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusunun yayılması fonunda yeni infeksiya növlərini izlənilir: "İndi təşkilat "lambda" növünün "Delta" ştammını sıxışdırıb çıxardığını və nəticədə sonuncu "Alfa" növünün əvəz etdiyini müşahidə edir".

Qeyd edək ki, koronavirusun "lambda" variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.


Etiketlər:  Yalnız halda koronavirusdan qoruna billərsiniz ÜST


RƏYLƏR