Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 13:44
Məzuniyyət pullarının hesablanması qaydası açıqlanıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30.4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Daha sonra işçiyə neçə gün məzuniyyət günü verilərsə həmin günlərin sayına vurmaqla məbləğ müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Dövlət Əmək Müfəttişliyi Xidmətində Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsinin baş məsləhətçisi Mehman Abdullayev bildirib ki, işçinin rəsmi olaraq işə başladığı gündən məzuniyyyət hüququ yaranır.
Mehman Abdullayev məzuniyyət hesablanarkən nəzərə alınan və alınmayan dövrlərin olduğunu da diqqətə çatdırıb.
Vətəndaşlar bu məsələ ilə bağlı hər hansı problemlə rastlaşarlarsa Dövlət Əmək Müfəttişliyi Xidmətinə həm sosial şəbəkələr üzərindən, həm də 142 çağrı mərkəzi ilə müraciət edə bilərlər. Məzuniyyətin verilməməsinə görə işəgötürəni İnzibati Xətalar Məcəlləsinin 192-i 5-ci maddəsinə görə 1500-dən 2000 manata qədər inzibati cərimə tətbiq olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: