Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanalizasiya quyusunun yaratdığı problem - VİDEO

Kanalizasiya quyusunun yaratdığı problem - VİDEO

Tarix: 10 Avqust 2021 14:22

Bakıda ağzı açıq qalan kanalizasiya quyusunun qapağı sürücüləri çətin vəziyyətə  salıB. Döngədə yerləşən bu maneə görülmədiyindən hər an qəza riski yaranır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Qaraçuxur qəsəbəsi, Əliheydər Qarayev küçəsində aylardır ki, kanalizasiya quyusunun qapaqsız qalması qəzalara səbəb olur.

Qaraçuxur qəsəbəsinin sakinləri deyir ki, bu küçə iki qəbiristanlığın əsas yoludur. Baş verən qəzalardan ən çox sürücülər ziyan çəksə də, hər an ölüm riski də var.

Maraqlısı burasındadır ki, kanalizasiya qapağı iki dəfə dəyişdirilib. Nədənsə hər dəfə dəmir qapaq əvəzinə başqa bir materialdan olan qapaq qoyulub.

"Xəzər Xəbər"in məsələyə müdaxiləsindən sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə baxış keçirib. Quyunun qapağı yenisi ilə əvəzlənib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Kanalizasiya quyusunun yaratdığı problem VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ