Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 17:08
ABŞ Əfqanıstandan çıxdıqdan sonra Taliban sürətlə ölkədə nəzarəti ələ almağa başlayıb və artıq ələ keçirilən şəhərlərin sayı 6-ya yüksəlib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, Türkiyə sərhədinə axın edən əfqan qaçqınların görüntülərinə hər gün yenisi əlavə olunur. Sosial mediada yayımlanan və İran sərhədində çəkildiyi iddia edilən videoda, çoxlu əfqan qaçqının sərhəddə tikilmiş divardakı nərdivana qalxdığı görünür.
Əldə etdikləri şəhərlərdə həbsxanalarda olan məhbusları da azad edən Talibanın əlindən çoxsaylı əfqan ölkədən qaçmağa çalışır. Sərhəddə çəkildiyi iddia edilən videoda bir çox əfqan qaçqın İran sərhədini keçərək oradan da Türkiyəyə keçməyə çalışır. Qarşı tərəfə nərdivan ataraq keçdiyi, qaçqınların divardakı məftilləri kəsərək pilləkənlərlə dəstə-dəstə qalxıb divarı keçdiyi görünür.
Kamran Seyidov