Tarix: 14 Avqust 2019 13:00
"Baş məşqçimiz bizimlə görüşdə "Neftçi" ilə Bakıdakı oyunu təhlil etdi. O, bizə matçın ilk yarısının videosunu göstərdi və tapşırdı ki, daha yaxın oynamaq və konsentrasiyanı ikiqat artırmaq lazımdır". Qol.az xəbər verir ki, bu sözləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Din Mori deyib.
İsrailli futbolçu ölkəsinin mətbuatına açıqlamasında Avropa Liqasının 3-cü təsnifat mərhləsinin "Neftçi" ilə keçiriləcək cavab matçı haqda danışıb. O, Bakıdakı görüşdə yaxşı nəticə qazandıqlarını və mərhələni keçəcəklərinə inandığını bildirib:
"İndi bizdən gözləntilər daha çoxdur. Bizim üçün çox vacib oyundur. Ağıllı oynasaq, "Neftçi"ni keçərik".
Xatırladaq ki, Bakıda "Bney Yehuda"ya 1:2 uduzan "Neftçi" sabah Təl-Əvivdə cavab matçına çıxacaq.