Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 13:38
"Neftçi"nin iki futbolçusu Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyib.
Sonxeber.net xəbər verir ki, "Olimpiakos"la ilk oyunda başından ciddi zədə almış və əməliyyat keçirmiş hücumçu Namiq Ələsgərov Bakıda qalıb və fərdi məşqlərlə kifayətlənib.
Komandanın portuqaliyalı mərkəz müdafiəçisi Uqo Baştu isə qrip olub. Onun testi neqativ çıxsa da, Helsinkiyə gedən heyətdə ona ehtiyac duyulmayıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK - "Neftçi" oyunu avqustun 12-də keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.