Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 18:14
Polşanın "Legiya" komandasının sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində "Dinamo"ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edərkən azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da fikirlərini bölüşüb.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi Mahirdə qərarlılıq və istəyin az olduğunu deyib:
"Legiya" bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya vurmalı idi. Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pexart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes "Dinamo" ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var".
Xatırladaq ki, Mahir Emreli "Legiya"nın "Dinamo"ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqədə Tomaş Pexartla əvəzlənib.