Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 21:26
NATO-nun tarixində ilk dəfə olaraq alyansın baş katibi postuna qadın seçilə bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, NATO-nun hazırkı baş katibinin qadınla əvəz olunması barədə təşkilatın daxilində geniş konsensus mövcuddur. Alyansın yeni rəhbəri 2022-ci ilin yazında NATO-nun Madriddə keçiriləcək sammitində seçiləcək.
Bu postda norveçli Yens Stoltenberqi əvəz edəcək mümkün namizədlər arasında Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meyin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Mogerininin, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer və başqalarının adları çəkilir.