Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda 2 yaşlı uşaq eyvandan yıxılıb

Lənkəranda 2 yaşlı uşaq eyvandan yıxılıb

Tarix: 12 Avqust 2021 12:14

Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb. Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.


Etiketlər:  Lənkəranda yaşlı uşaq eyvandan yıxılıb


RƏYLƏR