Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 15:44
Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar İranın Rusiyadakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, həmin foto Rusiyanın İrandakı səfirliyinin "Twitter" hesabında paylaşılıb.