Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndində erməni əhaliyə MÜRACİƏT - Vəziyyət acınacaqlıdır, sabahdan... - FOTO

Xankəndində erməni əhaliyə MÜRACİƏT - Vəziyyət acınacaqlıdır, sabahdan... - FOTO

Tarix: 13 Avqust 2021 15:32

Qarabağdakı ermənilər su qıtlığı ilə üzləşib.

Milli.Az xəbər verir ki, qondarma rejimin qalıqları Qarabağdakı ermənilərə müraciət edərək bildiriblər ki, kimdə 5-6 litrlik su qabları varsa, sabah bələdiyyəyə təhvil versin.

Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb və qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib. Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılıb.

Qarabağdakı "Su və kanalizasiya" şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur, sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyirlər.

Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Xankəndində erməni əhaliyə MÜRACİƏT Vəziyyət acınacaqlıdır sabahdan FOTO


RƏYLƏR