Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Merkel Rusiyaya səfər edəcək

Merkel Rusiyaya səfər edəcək

Tarix: 13 Avqust 2021 16:42

Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya Kanslerinin mətbuat katibi Steffen Seibert deyib.

Onun sözlərinə görə, Angela Merkel avqustun 20-də Moskvaya səfər edəcək. Səfərin gündəliyi hələ məlum deyil.

"Aydındır ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - deyə Almaniya Kanslerinin sözçüsü əlavə edib.

S.Seibert onu da bildirib ki, Angela Merkel avqustun 22-də isə Kiyevə gedəcək.

Milli.Az


Etiketlər:  Merkel Rusiyaya səfər edəcək


RƏYLƏR