Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 22:57
"Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib.
Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:
"Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır".
Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında "koronavirus sonsuzluq yaradır" deyə bildirib.