Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zirə"də perulu müdafiəçi - rəsmi

Tarix: 14 Avqust 2019 19:44

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi  “Universidad San Martín”in (Peru) müdafiəçisi  Alvaro Ampueronu 1 illik icarəyə götürüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib.

Qeyd edək ki, 27 yaşlı Ampeuro, Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.

 


Etiketlər:  Zirədə perulu müdafiəçi rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ