Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 12:10
"Pandemiyada gördüm, bir dost mənə zəng etmədi, halımı soruşmadı. Qorxdular? Nədən? Pul istəyəcəkdim? Yox, mən əyilən oğlan deyiləm".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Özəl" proqramında deyib. Sənətçi dostlarından gileylənib:
"Son zamanlar dost anlamını başa düşmürəm. Dost həm pis, həm yaxşı günündə yanında olmalıdır. Təkcə yaxşı günün dostu olmaz. Yaxşı günümdə onsuz hamı yanımdadır. Ətrafıma toplaşırlar. Yağa, iyə gəlirlər. Bir az çətinlik olanda hamı çəkilir".