Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 12:16
Müvəqqəti reyestrdə tikililərin son vəziyyəti göstəriləcək
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, İşğaldan azad olunan ərazilərdə dağılmış tikililərin müvəqqəti reyestri yaradılacaq. Bununla bağlı ötən gün Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.
Qarabağ işğaldan azad olunandan bəri orada aparılan layihələndirmə işlərində yaxından iştirak edən memar Cahid Həsənov REAL-a açıqlamasında bildirdi ki, işğaldan azad olunan ərazilərdə dağıdılmış tikilərin reyesterə salınması həm də bərpa işlərini sürətlənəcək.
Prezidentin digər fərmanına görə, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiqlənib. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdə şəhərində yerləşəcək.
Bu isə o deməkdir ki, baş idarə Qarabağda pərakəndə və əliqəsiz şəkildə tikililərin salınmasına imkan verməyəcək. Yəni tikintilr üzrəində mexanizm və qaydalar olacaq.
Memar REAL-a açıqlamasında onu da bildirdi ki, Qarabağda onun da layihələrindən istifadə olunacaq ki, bu da daha çox insanlara vətənpərvərlik hissləri aşılayacaq.
Qarabağda yaradılacaq layihələr təkcə gözəlliyi ilə göz oxşamayacaq, həm də dünyaya mesaj verəcək.