Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 18:10
"Kürəkənimlə başqa münasibətim var. O, uşaqlıdan valideynlərini itirib. Mən də onu övladlarımdan ayırmıram. Hətta əməkdaşlıq edirik. Mənim paltarlarımı, şlyapalarımı kürəkənim tikir. Ona oğlumdan artıq yanaşmışam".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi" proqramında deyib. Müğənni kürəkəni ilə bağlı sualları cavablandırıb. O bildirib ki, qızı Gülşənin həyat yoldaşı ilə eyni evdə yaşayır.:
"Sənətdə, hər şeydə özümü qurban vermişəm. Uşaqlarımı o çətinlikləri yaşamağa qoymamışam. Onlar atasızlığı hiss etməyiblər. Kənardan baxıb deyirlər, Elza öz həyatını yaşayır. Amma mən həyatımı yaşamamışam. Özümü qurban vermişəm, uşaqlarıma göstərməmişəm".