Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret, COVID-19 peyvəndindən sonra antitel səviyyəsini aşağı salır

Siqaret, COVID-19 peyvəndindən sonra antitel səviyyəsini aşağı salır

Tarix: 14 Avqust 2021 18:15

Yapon alimləri "Pfizer" peyvəndi vurulanlarda siqaret çəkmə və antitel səviyyəsi arasında əlaqə aşkar ediblər.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "MedRxiv" portalında nəşr olunan bir araşdırmaya görə, "Dokke" və "Jichi" Tibb Universitetlərindən olan yapon alimləri, peyvənddən sonra antitel konsentrasiyasına təsir edən faktorları təyin ediblər. Əsərin müəllifləri, "SARS-CoV-2"-ə qarşı qoruyucu antitel titrlərini ölçmək üçün "Pfizer" peyvəndinin ikinci komponenti ilə vaksin olunan 378 tibb işçisindən üç ay sonra (255 - qadın, 123 - kişi) qan götürüblər. Təhlil zamanı xəstəlik tarixi, yaş və pis vərdişlər haqqında məlumatlar nəzərə alınıb.

Tədqiqatçılar daha sonra heç vaxt tütün məmulatı istifadə etməyən könüllülərin və siqaret çəkənlərin nümunələrini müqayisə ediblər. Məlum oub ki, cinsindən asılı olmayaraq, birinci qrupun qanındakı antitel konsentrasiyası normadan 140-250 vahid aşağı düşüb.

Digər müəyyənləşdirici amil isə yaş idi ki, bu da yaşlı tədqiqatçılarda ən aşağı "IgG" səviyyəsi aşkar edildiyi ortaya çıxıb.

İmmunoloqların fikrincə, siqareti buraxmaq vaksinin fərdi effektivliyini yaxşılaşdıra bilər, bu da zərərli vərdişdən imtina edənlərin hüceyrə toxunulmazlığının daha güclü olmasını ortaya çıxardıb.


Etiketlər:  Siqaret COVID peyvəndindən sonra antitel səviyyəsini aşağı salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ