Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk PUA-ları üçün hazırlanan radar sistemi - VİDEO

Türk PUA-ları üçün hazırlanan radar sistemi - VİDEO

Tarix: 15 Avqust 2021 10:18

Türkiyə müdafiə sənayesi inkişaf etməkdə davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Meteksan" şirkəti tərəfindən hazırlanan hərəkət edən hədəfi aşkarlayan "Milsar" radar sistemi ilə bağlı işlər yekunlaşıb.

Radar sisteminin Türkiyədə keçiriləcək "IDEF-2021" müdafiə sənayesi sərgisində nümayiş olunacağı bildirilir.

"Milsar" sistemləri PUA-ların pis hava şəraiti zamanı və ya buludların arasında olarkən daha rahat hərəkət etməsinə köməklik göstərəcək.

Radar sisteminin əsas xüsusiyyətlərindən biri də Türkiyə istehsalı bütün PUA-larda fəaliyyət göstərməsidir.

Milli.Az


Etiketlər:  Türk PUA ları üçün hazırlanan radar sistemi VİDEO


RƏYLƏR