Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 11:05
Müğənni Niyam Salami aparıcı Lətafət Ələkbərovaya evlilik təklifi etdiyini etiraf edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, o bu barədə "Onun sirri" verilişində danışıb:
"Səhnə insanı olmağın, duruşun, gözünün rəngi, mədəniyyətin mənim enerjimə yaxın olduğu üçün dostumuz Samirdən söz yolladım. "Lətafətə deyin ki, bir kəllə qənd, bir molla işi bağlayaq". Sənə evlilik təklifi elədim.
Aparıcı isə xəbərin ona gec və düzgün formada çatdırılmadığı bildirib.
Niyam isə bunun onun günahı olmadığını deyib:
"Mənim səhvim onda oldu ki, kişisən özün deyə bilərdin. Mən utandım, çəkindim deməyə".
Lətafət isə özünün deməyinin daha doğru olduğunu bildirib.