Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 19:16
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.
Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.