Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada koronavirus xəstələrinə yardım etmək üçün “oksigen stansiyaları” yaradılacaq

Yaponiyada koronavirus xəstələrinə yardım etmək üçün “oksigen stansiyaları” yaradılacaq

Tarix: 15 Avqust 2021 20:18

Yaponiyada koronavirus xəstələrinin sayının yüksək sürətlə artdığı şəraitdə onların oksigenə olan tələbatını ödəmək məqsədilə "oksigen stansiyaları" yaradılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib. Baş nazir deyib ki, ölkənin bir sıra prefekturalarında koronavirusa yoluxma ilə əlaqədar yeni antirekordlar qeydə alınmaqda davam edir.

Y.Suqa bəyan edib ki, hökumət yerli hakimiyyət orqanları ilə birlikdə evdə müalicə alan xəstələrin ehtiyac yarandığı təqdirdə səhiyyə orqanları ilə əlaqə yarada bilməsi istiqamətində iş aparır. Baş nazir, həmçinin qeyd edib ki, xəstələrin oksigen terapiyası ilə təmin olunması məqsədilə əlaqədar nazirliklərə "oksigen stansiyaları"nın yaradılması barədə göstəriş verib.

Baş nazir hökumət tərəfindən son günlər təsdiqlənən və "anticisim kokteyli" adlanan terapiyanın da xəstələr üçün əlçatan olması üçün xüsusi obyektlərin yaradılması planı barədə də məlumat verib. Bu üsul xəstələrin eyni vaxtda venadaxili yolla iki dərman qəbul etməsinə şərait yaradır və virusun qarşısını alır.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada gündəlik yoluxma sayı 20 min nəfəri ötüb.


Etiketlər:  Yaponiyada koronavirus xəstələrinə yardım etmək üçün oksigen stansiyaları yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ