Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Elçin Abdullayev və Rövşən Şəmilov yad edilib - VİDEO

Şəhid Elçin Abdullayev və Rövşən Şəmilov yad edilib - VİDEO

Tarix: 16 Avqust 2021 15:38

1993-cü ildə Qarabağda Sur Süleymanlı əməliyyatında qəhrəmancasına vuruşaraq şəhid olan Cəbrayıl rayonun Qumxal kənd sakini Elçin Abdullayevin anım günüdür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhid Elçin Abdullayevin xatirəsi "Stansiya Sumqayıt" ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeyd olunub.

Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Çıxışlarda Elçin Abdullayevin həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışılıb. Onun keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Abşeron rayonunun Qobu kəndində isə 1993-cü ildə keçirilən Daşbaşı əməliyyatında şəhidlik zirvəsinə ucalan  Qumxal kəndinin daha bir  sakini  Rövşən Şəmilov da yad edilib. Belə igid və qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlıq bildirilib. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rövşən Şəmilovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı qeyd edilib.

Qeyd olunub ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımız artıq azaddır və bütün şəhidlərimizin ruhu şaddır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid Elçin Abdullayev Rövşən Şəmilov yad edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ