Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nağı bəy Şeyxzamanlının varisləri onun arxivini Azərbaycana bağışlamaq istəyirlər - VİDEO

Nağı bəy Şeyxzamanlının varisləri onun arxivini Azərbaycana bağışlamaq istəyirlər - VİDEO

Tarix: 16 Avqust 2021 17:36

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının varisləri onun arxivinin bir hissəsini Azərbaycana bağışlamaq istəyir. Şeyxzamanlının hazırda ABŞ-da yaşayan nəvəsi Nağı Keykurun bacıları ilə birlikdə qərarın rəsmiləşməsi üçün Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ABŞ-a gətirilən ilk Azərbaycan bayrağı, ölkəmizə aid tarixi kitablar, jurnallar, əlyazmalar, səs yazılarının olduğu kasetlər, gümüş samovar və qaşıqlar, rəsm əsərləri və digər əşyalar Keykurun ailəsinin evində saxlanır. 

Hazırda ABŞ-da Nağı bəy Şeyxzamanlının 5 nəvəsi - Belma, Şeyma, Səlimə, Sərap və Nağı yaşayır.

Hüquqşünas işləyən Belma Keykurun ailəsinin ABŞ-a köç hekayəsindən və keşməkeşli ömür yolundan danışıb.

"Ən böyük arzum Azərbaycana gedib, atamın babamın doğulduğu torpaqları görməkdir" deyir Şeyma Keykurun.  Atası sağkən onunla daha çox söhbət edib, Azərbaycan haqqında məlumatlar almadığı üçün peşmançılığını göz yaşları ilə dilə gətirir.

Babasından və atasından miras qalmış əşyaları Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə bağışlanmaq istəyən Nağı Keykurun prosesin qanuni şəkildə reallaşması üçün Azərbaycandakı aidiyyəi qurumlardan kömək üçün müraciət etmək istədiyini deyir.

İllərin və məsafələrin onları öz köklərdindən ayırmadığını deyən Keykurunlar ailəsi  tez-tez bir araya gəldiklərini, Azərbaycan adət-ənənələri ilə yaşadıqlarını qeyd ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Nağı bəy Şeyxzamanlının varisləri onun arxivini Azərbaycana bağışlamaq istəyirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ