Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 17:40
Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə uğurlu əməliyyatları davam edir.
Sonxeber.net report-a istinadən bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən və 19 il ərzində axtarışda olan Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.