Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Maral"la ev aldım, oliqarx toylarına getdim" - VİDEO

Tarix: 16 Avqust 2021 19:40

Müğənni Nadir Qafarzadə "Maral" mahnısının ona qazandırdıqlarındand anışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Özəl" proqramında bəhs edib. O bildirib ki, mahnını ifa etdikdən sonra maddi durumu daha da yaxşılaşıb:

"Mahnı 2013-cü ildə mənə təqdim edildi. Bunu Türkiyədə bir şəxs öz xanımı üçün yazmışdı. Mahnını göndərdilər ki, bunu oxu. Dedim ki, mən Flora Kərimova ilə oxumuşam, Füzuli kontatası ifa etmişəm, indi bunu necə oxuyum? Düşündüm ki, mənim üçün eniş pilləsi olar. Oxuyandan sonra da mənim üstümə çox gəldilər, təhqir etdilər, dedilər ki, bayağıdır. Amma mahnı sevildi.

Mahnıma bayağı deyən müğənnilər gəlib dedi ki, toylarda hamı "Maral"ı oxumağımızı istəyir. Mənə heç bir mahnım pul qazandırmayıb, amma "Maral"da belə olmadı. Onunla Rusiyanı gəzdim, Dağıstana qədər gedib çıxdım, yəhudi, oliqarx toylarında çıxış etdim. "Vağzalı" yerinə "Maral"la gəlinlər içəri girirdi.

"Maral"la həyatımı qurdum, ev aldım, övladımı oxutdurdum, tamam həyatım dəyişdi. Yaxşı pul qazandım, halal zəhmətimlə qazandım".

Milli.Az


Etiketlər:  Maralla ev aldım oliqarx toylarına getdim VİDEO


RƏYLƏR