Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Tarix: 17 Avqust 2021 09:32

Yer planetinə 2016 AJ193 asteroidi yaxınlaşır.

Milli.Az report-a istinadən bildirir ki, o, potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, ancaq indi planetimiz üçün təhlükə törətmir.

NASA mütəxəssislərinin hesablamalarına görə, 2016 AJ193 asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq. Asteroidin diametri təxminən 1,4 kilometrdir.

Alimlər bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.

Milli.Az


Etiketlər:  kürəsinə təhlükəli asteroid yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ