Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb

Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb

Tarix: 17 Avqust 2021 13:20

Gürcüstanın olimpiya çempionu Zurab Zviaduri üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı daha bir nəfərin də saxlanıldığı bildirilir.

Silahlı insident ötən gün Kaxetinin Tsinidali kəndində baş verib. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.

Qeyd edək ki, cüdoçu Z. Zviaduri 2004-cü ildə Afinada keçirilən yay olimpiya oyunlarının qızıl medalçısıdır.


Etiketlər:  Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ