Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 12:06
Bu ilin iyul ayı ərzində Bakı TƏB-i üzrə 169 449 və Sumqayıt TƏB-i üzrə 33 361 vətəndaşa ümumilikdə 623 560 tibbi xidmət göstərilib.
Bu barədə Sonxeber.net-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 312 103 müraciət daxil olub.
Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 460 591-i ambulator, 162 969-u isə stasionar şəraitdə göstərilib.