Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 05:35
"Çox istərdim ki, əfqan uşaqlardan birini himayəmə götürüm".
Sonxeber.net məlumat verir ki, bu barədə xalq artisti Naibə Allahverdiyeva "Instagram" hesabında yazıb. O bildirim ki, həmin uşaqlardan birinin anası olmağı çox istəyir:
"Amma hara müraciət edəcəyimi bilmirəm".
N.Allahverdiyanın paylaşımını müsbət qarşılayanlar olsa da, tənqid edənlər də olub. Onlardan biri isə əfqan uşağın yerinə, Azərbaycanda olan kimsəsiz uşaqlardan birini himayəyə götürməyi məsləhət bilib.
Aktrisa isə bunun qarşılığında bu sözləri yazıb:
"Əziz insan, bizim uşaq evində olanlar dövlət himayəsindədirlər. Bunlar isə dövlətsiz, sahibsizdirlər. Qəlbində mərhəməti, imanı olan məni başa düşər.
Onlardan bir uşağı himayəyə götürmək, onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər".