Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 09:30
"Taliban"ın nəzarətində olmayan Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət döyüşçüləri Qərb ölkələrini silahla kömək etməyə çağırırlar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Washington Post" qəzeti Əfqanıstan Müqavimət Cəbhəsinin lideri adlandırdığı Əhməd Məsuda istinadən məlumat dərc edib.
Qeyd edək ki, Məsud Şimali İttifaqın mərhum rəhbəri, "Taliban"la mübarizə apar Əhməd Şah Məsudun oğludur.
Oğul Məsud deyib ki, ABŞ və müttəfiqləri "döyüş meydanını tərk etdilər. Lakin o, əlavə edib ki, ABŞ yenə də "böyük demokratiya arsenalına" çevrilə bilər: "Bu məqsədlə, Qərbdəki Əfqanıstan dostlarından - Konqresdən və Bayden administrasiyasından əvvəl Vaşinqtondan və Nyu-Yorkdan bizə dəstək olmalarını xahiş edirəm".