Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)

Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)

Tarix: 28 Aprel 2019 16:44

Bakı. Trend:

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

Trend-in məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.

Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.


Etiketlər:  Formula 1 in açılışında Azərbaycan himni yeni aranjimanda VİDEO


RƏYLƏR