Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib - FOTO

Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib - FOTO

Tarix: 20 Avqust 2021 13:14

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Etiketlər:  Zaqatalada tona yaxın çətənə kolu məhv edilib FOTO


RƏYLƏR