Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN xilasetmə əməliyyatı görüntülərini yayıb - VİDEO

FHN xilasetmə əməliyyatı görüntülərini yayıb - VİDEO

Tarix: 20 Avqust 2021 13:52

19 avqust 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan 2 nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  xilasetmə əməliyyatı görüntülərini yayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ