Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 17:32
SOCAR-ın strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes planlarının icrası çərçivəsində "Ümid-1" platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılıb, məhsuldar qatın Vll horizontu tam açılıb.
SOCAR-dan Sonxeber.net-a verilən məlumata görə, "Ümid-Babək" dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılıb, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. kub.m-dən pilləli şəkildə 3.0 mln. kub.m-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunub. Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilib.
"Ümid-Babək" dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş "Ümid-Babək Əməliyyat Şirkəti" (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını "açar təhvili"ndən "günəmuzd tipli müqavilə" formatına dəyişib.