Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 21:26
"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev deyib.
Onun sözlərinə görə, virusun hər dəfə yeni ştammı yaranacaq:
"Əsas odur ki, ağır xəstələrin sayı azalır. Yoluxma sayı qalxır, enir, proqnoz vermək olmur, koronavirusla yaşamağı bacarmalıyıq. Bu sezon xəstəliyidir. Birdəfəlik hamı peyvənd olunmalıdır. Peyvənd olunmaq o demək deyil ki, insanlar bu virusa yoluxmayacaq. Peyvənd olunmaq o deməkdir ki, yoluxacaqsan, amma xəstəliyi yüngül keçirəcən. Sadəcə panikaya düşmək lazım deyil".
Mübariz Əliyev tövsiyyə edib ki, insanlar virusu yaddan çıxartsın:
"İnsanlar həyatını yaşasın, koronavirusu yaddan çıxartsın".