Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şiş əmələ gəldi, çəkim 36-ya düşdü'' - Səmra xəstəliyindən danışdı

“Şiş əmələ gəldi, çəkim 36-ya düşdü'' - Səmra xəstəliyindən danışdı

Tarix: 21 Avqust 2021 02:35

"Sindrom Kilina (nevroz anoreksia tiroid) xəstəliyi keçirdim. Bu xəstəliyin ilk başlanğıcı iştahsızlıqla başlayır. Buna səbəb isə böyük travmalar və dietadır. Məndə hər ikisi - həm işimlə bağlı, həm də aldığım travmalar var idi.  

Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri tanınmış model Səmra Hüseynova xəstəliyi haqda danışarkən deyib. 

"Bu xəstəlik periodik ortaya çıxan aqressiya ilə gəlir. Ac qalırsan, seretonin düşür. Bütün vitaminlər, eləcə də D vitamin çatışmazlığı yaranır. D vitaminin düşməsi depressiya əmələ gətirir. "TSH tiroid" hormonu düşür". 

O, xəstəlikdən sağalmaq üçün sevgi, qayğı lazım olduğunu bildirib: 

"Boğazımda böyük şiş əmələ gəldi, çəkim 36-ya düşdü. Mən gəzə bilmərdim. Həkimlər çarə axtarırdı. Qanımda hədsiz leykositlər, onkologiya şübhəsi və ürəydə kiçilmə, ərimə oldu. Su içə bilmirdim, boğazımdakı şiş udqunmağa mane olurdu. Yemək yeyə bilməmək, ishallar, öyümələr oldu.  

Səmra xəstəliyə sevgi ilə qalib gəldiyini deyib: 

"Sonra biri gəldi, sevgilə bəslədi, yemək gətirirdi, töküb dağıdırdım. Qınamayın, aqressiya, nevroz səbəbindən beyinsəl davranırdım, özümdə deyildim. Güc istəyirdim, qalxmaq istəyirdim. 2 ay yataqdan hərəkətsiz qaldım".  


Etiketlər:  Şiş əmələ gəldi çəkim düşdü Səmra xəstəliyindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ