Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 20:28
Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 16:21-də qeydə alındığını bildirib.
Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmik aktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.