Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmirliklər də Ərdoğanın qanadı altına keçir

Əmirliklər də Ərdoğanın qanadı altına keçir

Tarix: 22 Avqust 2021 19:46

Əfqanıstan və onun ətrafında baş verənlər mühüm bir hadisəni diqqətdən kənarda qoydu - avqustun 19-u Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Tahnun bin Zayeda əl-Nəhayyanı qəbul etdi. Tərəflər görüşün sonunda Türkiyəyə iri isərmayə qoyuluşu barədə razılığa gəldi.  

Lakin məsələyə daha geniş nəzər salmaq lazımdır - Ankara ilə Əbu-Dabinin münasibətlərinin mülayimləşməsinə proloq kimi.

Diplomatlara deyil, Türkiyə və BƏƏ-nin kəşfiyyatçılarına tapşırılmış və aylarla sürən gizli danışıqlar. Xarici işlər nazirləri səviyyəsində yoxlayıcı bəyanatlar. Bir neçə birbaşa telefon danışıqları. Tərəflər həmin danışıqların nəticələri ilə bağlı səs-küylü bəyanatlar verməkdən qaçırdılar. Hər şey gizli və məxfi həyata keçirilirdi, yeganə məqsədsə Türkiyə prezidenti ilə Tahnun bin Zayed arasındakı görüşün baş tutması idi.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Ərdoğanın Əmirliklərdən gələn qonağı çox mürəkkəb birisidir. O, sadəcə Əbu-Dabinin varis şahzadəsi olan Məhəmməd bin Zaid əl-Nəhayyanın qardaşı deyil. Tahnun bin Zayed milli kəşfiyyata rəhbərlik etməklə yanaşı, məxfi şəkildə Əmirliklərin xarici siyasətini də yürüdür. Bundan başqa, Əbu-Dabinin bütün dünyada qeyri-şəffaf işgüzar əməliyyatlarını aparır. Bu şəxs üzdə qalmağa çalışmır, əvəzində Əmirliklərin siyasətinin tam ortasındadır.

Bu səbəbdən də onun Ankarada peyda olması çox şeydən xəbər verir. Və bu təkcə Türkiyə üçün nəzərdə tutulmuş sərmayələr deyil, hərçənd ikitərəfli münasibətlərin iqtisadi tərəfi son dərəcə mühümdür: ötən il BƏƏ-də qeyri-neft sektoru altı faiz azalıb, neft qeyri-sabitdir, XXI əsrin iqtisadiyyatının qurulmasında isə hardansa kömək ala biləcəkləri ehtimal olunmur.

Türkiyə bu anlamda Əbu-Dabi üçün ideal partnyordur, belə ki onunla bərabərhüquqlu əməkdaşlıq qurmaq olar, üstəlik türk sənayesinin texnoloji ehtiyatları da təəssürat yaradır. Lakin yeni bir şeyə başlamaq üçün siyasi müstəvidə dayanmış köhnə yükün öhdəsindən gəlmək lazımdır.

İki dövlət arasındakı regional rəqabət onların münasibətlərini kor dalana dirəyib. Yeni demokratiyanı dəstəkləyən Ankara ərəb baharının tərəfində olub. Əbu-Dabidə isə "Müsəlman qardaşları"nın rəhbərlik etdiyi hökuməti regional sabitliyə təhlükə kimi damğalayıblar.

Bundan sonra Ankaranın strateji müttəfiqi olan Qətərin Körfəz monarxiyaları tərəfindən uğursuz blokadası, Türkiyə əleyhinə güclərin Liviyada müdafiəsi, 2016-cı ildə Türkiyədə çevriliş cəhdi etmiş qiyamçılarla qüsurlu əlaqələr, türk biznesi üçün "maksimum soyuq" rejiminin yaradılması baş verib... O qədər də böyük olmayan zaman kəsimi üçün çox şey toplanıb.

Hazırda Əmiriklərdə başa düşürlər ki, heç yerə yoxa çıxmayacaq regional rəqabət iki dövlət arasında qarşıdurma xarakteri daşımamalıdır. Üstəlik onu da nəzərə almaq lazımdır ki, onlardan birinin, bu məqamda Türkiyənin xarici siyasi potensialı Əmirliklərin potensialını qat-qat arxada qoyur.

Bir də ki, Əbu-Dabinin onsuz da əvvəlki strateji əməkdaşları - Səudiyyə Ərəbistanı və Vaşinqtonla problemləri yaranıb. Bayden dövründə amerikalılar bölgədə öz oyunlarını aparırlar - bu oyun o qədər dolaşıq və hiyləgərdir ki, Əmirliklərdə ondan baş çıxarmırlar. Ağ evə olan etmad barmaqların arasından qum kimi axıb gedir, qeyri-müəyyənlik yaranır ki, bu da qalmaqaldan da pisdir.

Ər-Riyadla münasibətlərsə daha da mürəkkəbləşir. Burada məsələ yalnız Yəmənlə bağlı həlli olmayan ziddiyyətlərdə deyil, iki monarxiya əcnəbi sərmayəçilər uğrunda get-gedə daha amansız rəqabətə girib. Digər tərəfdən, Səudiyyə Ərəbistanı get-gedə daha böyük qüvvə ilə ərəb dünyasında liderliyə iddialarını nümayiş etdirir. Məhəmməd bin Salman hakimiyyətinin ilk dövrlərində Əmirliklərə qulaq asırdı. İndi isə krallığın "baş idarəçisi" olandan sonra Əbu-Dabinin bir sıra bölgə məsələlərində mövqeyi onu qətiyyən narahat etmir.

Bütün bunlar obyektiv olaraq Əmirlikləri Ankara ilə yaxınlaşmağa vadar edir. Bunun nə dərəcədə sürətli və dərn olacağını zaman göstərəcək.


Etiketlər:  Əmirliklər Ərdoğanın qanadı altına keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ