Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 01:32
Co Bayden administrasiyası Əfqanıstanda bütün mövqeləri Talibana təhvil verdi və bununla da onların qarşısında diz çökdü.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Mən Talibanın siyasi ofisinin rəhbəri Əbdül Qəni Bəradərlə danışırdım. Ona dedim ki, Əbdül, əgər nəsə olsa, sizə qarşı terror təşkil edəcəyik, dəhşətli olacaq. Amerikalılara toxunmayın, ölkəmizə gəlməyin, öz ölkənizdə vətəndaş müharibənizi davam etdirin. Mən onlarla heç nə edə bilməzdim, onlar əsrlərdir döyüşürlər. Və yaxşı döyüşçülərdir. Mənim onlarla yaxşı münasibətim var idi", - Tramp bildirib.