Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Ali Neft Məktəbi KOBİA-nın layihəsinin qalibi olub

Bakı Ali Neft Məktəbi KOBİA-nın layihəsinin qalibi olub

Tarix: 23 Avqust 2021 10:56

Bakı Ali Neft Məktəbinin (BANM) məzunları tərəfindən hazırlanmış yeni elmi-tədqiqat layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş qrant proqramının qalibi olub.

Elmi-tədqiqat layihəsi 19 930 AZN qazanıb. Layihə Elmar Əsgərzadə, Hüseyn Əliyev, Aleksandr Oborovskiy və Murad Rəhimov tərəfindən hazırlanıb.

Qalibləri təbrik edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən maraq böyükdür. Gənclərin bilik və bacarıqlarını qiymətləndirdiyi üçün BANM ailəsi də KOBİA-ya təşəkkürünü bildirir. Qeyd edək ki, ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib.

Layihəyə uyğun olaraq 8 ay ərzində yeni mühərrik qatqısı hazırlanaraq testləri aparılacaq və sonda bazara çıxarılacaq. Həmmüəlliflərin əsas hədəfi mühərrik yağları üçün sürtünmə əmsalını minimuma endirərək enerji sərfiyyatını azaldan nanomaterialın hazırlanmasıdır.


Etiketlər:  Bakı Neft Məktəbi KOBİA nın layihəsinin qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ