Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sentyabrdan qadağalar qüvvəyə minir, nə etməli? - VİDEO

Sentyabrdan qadağalar qüvvəyə minir, nə etməli? - VİDEO

Tarix: 23 Avqust 2021 12:08

Son günlər koronavirusa yoluxma halları və ölüm faktlarında qeydə alınan artım, habelə, cari ilin sentyabrın 15-dən ənənəvi tədrisə keçidin planlaşdırılması ölkə ərazisində növbəti qadağalara zərurət yaradıb. Elə bu səbəbdəndir ki, sentyabrın 1-dən yeni qaydalar qüvvəyə minir. Həmin qaydalara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə obyektləri, mehmanxanalar, iri ticarət mərkəzləri və qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər. COVİD-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan "ASAN İcazə" mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə həmin şəxslər qeyd olunan məkanlara buraxılacaqlar.

Covid pasportlar vətəndaşlar tərəfindən mobil telefonlara yüklənə və ya kağıza çap edilə bilər, onların olması şəxsiyyət vəsiqəsinin seriya nömrəsilə yoxlanılacaq.

Təşkilatların əməkdaşlarının da ən azı 80 faizi peyvənd edilməlidir. Buna görə məsuliyyəti isə həmin qurumların rəhbərləri daşıyırlar.

Metro və marketə daxil olarkən Covid pasportu tələb olunmayacaq.

İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürülərək obyektlərin qarşısında polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyektlərə daxil olan şəxslərin pasportları məkanın nümayəndələri tərəfindən yoxlanılacaq. Lakin qəfil şəkildə mülki geyimli polis əməkdaşları pasportun olub-olmamasını yoxlaya bilərlər. Qanun pozuntusu aşkarlandığı halda, adıçəkilən məkanlara Covid pasportsuz daxil olan fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar, hüquqi şəxslər barəsində isə həbs qəti imkan tədbiri görüləcək.

Sözügedən obyektlərdə mütəxəssislər norma pozuntusu aşkarladıqdan sonra belə qaydalara riayət edilməzsə, o zaman həmin ünvanın fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, 18 yaşınadək şəxslərin peyvənd edilməsi isə hələki nəzərdə tutulmayıb.

Xatırladaq ki, bütün bu məhdudiyyətlər "Delta" ştammına yoluxmuş şəxslərin sayının kəskin artması, həmçinin peyvəndlə bağlı saxta sənədlərin verilməsi faktları ilə bağlıdır. Unutmayaq ki, virus nəqliyyatda və kütləvi tədbirlər zamanı daha sürətlə yayılır.


Etiketlər:  Sentyabrdan qadağalar qüvvəyə minir etməli VİDEO


RƏYLƏR